Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zatlers: “Müxtəlif mədəniyyətləri tanımaq və anlamaq lazımdır”
Zatlers: “Müxtəlif mədəniyyətləri tanımaq və anlamaq lazımdır”
31 Oktyabr 2013 / 18:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ümumbəşəri dəyərlərin siyahısını fundamental anlayışlardan demokratiya, azad iqtisadiyyat və digər anlayışlaradək genişləndirsək, siyahı dəfələrlə artır. Bunu cümə axşamı Latviyanın sabiq Prezidenti Valdis Zatlers III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər və xalqların yaşadığı dəyərlər sistemi müxtəlif ola bilər: “Buna görə də biz ayrı-ayrı mədəniyyətləri tanımalı və başa düşməliyik. Hər gün məişətdə belə müxtəlifliklərlə rastlaşırıq və ayrı-ayrı xalqların mədəniyyətləri arasında fərqi bilmək önəmlidir. Məsələn, əgər Londonda çaypulu vermək adi haldırsa, Tokioda bu təhqir hesab edilir”.

V.Zatlers qeyd edib ki, insanın inkişafının vacib komponentlərindən biri eynilikdir: “İlkin eynilik ailədə müəyyənləşir, sonra isə təhsil prosesində, ünsiyyətdə, mühitdə olmaqla artıq insanın digər eyniliyi formalaşır. Belə olan halda sual yaranır: Fərdi olaraq eyniliyi dəyişərək onu ümumiləşdirmək imkanı varmı? Bu sahədə aparılan yeganə sovet təcrübəsi puç oldu. Bu baxımdan multikulturalizm və yüksək humanitar dəyərlər ideyası diqqət cəlb edir”.

O, hesab edir ki, mədəniyyətlər arasında bütün fərqlərə baxmayaraq, bir çox ümumi cəhətlər var, mədəniyyətlər arasında əlaqələri anlayaraq yaxşılaşdırmağa görə məsuliyyəti isə dövlət, din və cəmiyyət daşıyır.

Qeyd edək ki, oktyabrın 31-də Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə