Загрузка...
Xəbər lenti



Загрузка...

“WhatsApp”da virus təhlükəsi
“WhatsApp”da virus təhlükəsi
31 Oktyabr 2013 / 19:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Azərbaycanda çox populyar olan və gənclərin tez-tez istifadə etdiyi “WhatsApp”dan saxta bildirişlər, zərərverici proqram təminatının yayıldığı ortaya çıxıb

Azərbaycanda çox populyar olan və gənclərin tez-tez istifadə etdiyi “WhatsApp”dan saxta bildirişlər, zərərverici proqram təminatının yayıldığı ortaya çıxıb.

Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi informasiya yayıb.

Mərkəz bildirir ki, sözügedən virus hədsiz təhlükəli sayılmır. Səbəb isə onun antivirus proqramlar tərəfindən yüksəksəviyyəli aşkar olunmasıdır: “WhatsApp” ən məşhur məktublaşma tətbiqetməsidir. Bununla əlaqədar onun istifadəçi bazası 300 milyon insandan çoxdur. Bu isə öz növbəsində onun ən yaxşı spam yayma olduğunu bildirir. Misal olaraq antivirus şirkəti “Webroot”un bildirdiklərinə görə, hazırda zərərverici şirkət fəaliyyət göstərir ki, onların vasitəsilə istifadəçilər səsli poçta aid bildirişlər alırlar”.

İnformasiya təhlükəsizliyi mütəxəssisləri bildirirlər ki, saxta səsli məktubların tərkibində troyan var. O, açılan zaman isə “C&C” serverindən əlavə zərərverici proqramlar yüklənir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə