Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər
Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər
02 Dekabr 2013 / 11:24 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilir.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində G. Əhmədova son sözlə çıxış edəcək. Bugünkü prosesdə sabiq deputata hökm oxunacağı gözlənilir. Qeyd edək ki, son prosesdə hakim G. Əhmədovaya son sözlə çıxış etməsi üçün 6 gün vaxt vermişdi.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onu da bildirək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə