Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacıbala Abutalıbov oğlundan danışdı: “Bunu yazan…”
Hacıbala Abutalıbov oğlundan danışdı: “Bunu yazan…”
02 Dekabr 2013 / 12:21 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verməsi barədə məlumatlara münasibət bildirib.

arxiv.bizimxeber.az SİA-ya istinadən xəbər verir ki, Bakı meri H.Abutalıbov mətbuatda dərc olunanlar iftira sayıb: “Bunu yazan jurnalist və bunu dərc edən mətbu orqan məsələyə qərəzli yanaşıb. Bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil. Dövlətin vəsaiti hesabına tikilən və Bakı sakinlərinin istifadəsinə verilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktur tərəfindən idarə edilir, yığılan vəsaitlər bank vasitəsilə dövlətin hesabına köçürülür”.

Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Xəbərin məğzi bundan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verib. Məlumatda həmçinin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun da açıqlaması yer alırdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə