Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bahar Muradova: “ Bu, yanlış yoldur”
Bahar Muradova: “ Bu, yanlış yoldur”
02 Dekabr 2013 / 12:52 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

“Azərbaycanla Rusiya arasında münasibətlər yaxşı səviyyədədir və münasibətlərin daha yüksək səviyyə qaldırılması üçün Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

O, Rusiya ilə münasibətlərin bütövlükdə Avropa ilə və ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərə qarşı qoyulmasının tərəfdarı olmadığını vurğulayıb: “Bütün istiqamətlərdə Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verə biləcək addım atırıq və ölkə prezidentinin siyasəti məhz bu istiqamətə yönəlib. Bu, yeganə düzgün siyasətdir və nəticələri də bizim üçün müsbətdir.

B.Muradova “Rusiya assosiativ sazişi imzalamamaq məsələsində Ukrayna kimi, Azərbaycana təsir göstərə bilərmi?” sualını belə cavablandırıb: “Mən tərəfdarı deyiləm ki, hansısa bir ölkədəki vəziyyət Azərbaycandakı vəziyyət ilə müqayisə olunsun və yaxud birində baş verən hadisələr görə digəri üçün nəticə çıxarılsın. Bu yanlış bir yoldur. Bu ölkələrdəki ictimai-siyasi durum, iqtisadi vəziyyət, onların qarşısında dayanan hədəflər, bu hədəflərə getmək üçün seçdikləri yol fərqlidir.

Azərbaycan regionda hər cəhətdən lider dövlət kimi öz mövqeyini açıq şəkildə dünyaya bəyan edir və bu mövqeyi də qəbul olunur. Bu vəziyyətlərin qarşı-qarşıya qoyulması və qarşılıqlı nəticə çıxarılması heç zaman doğru ola bilməz və hesab edirəm ki, hər kəsin bu istiqamətdə öz yolu var. Azərbaycan Avropaya inteqrasiyanı, bərabər hüquqlu münasibətləri müstəqil siyasət və iradə ortaya qoymaqla davam etdirməyin tərəfdarıdır və öz fəaliyyətində də bunu sübut edir. Azərbaycan qarşısına qoyulan hədəflərə addım-addım, mərhələ-mərhələ yaxınlaşmağın tərəfdarıdır. Hesab edirəm ki, gedilən yol da bu siyasətə uyğundur. Viza rejiminin sadələşdirilməsi sazişi sonrakı münasibətlərin də formalaşmasına ciddi təsir göstərən bir sazişdir və hesab edirəm ki, biz yolumuzdan dönməyəcəyik”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə