Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçala Sosial Müdafiə Mərkəzinin müdiri vəzifədən uzaqlaşdırılır
Neftçala Sosial Müdafiə Mərkəzinin müdiri vəzifədən uzaqlaşdırılır
11 Dekabr 2013 / 11:10 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

Vurğun Əkbərov təşvişə düşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Sosial Müdafiəsi Mərkəzlərinin işi daim müzakirə mövzusu olub. Xüsusən də aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi prosesində yaşananlar vətəndaşların narazılığı üçün əsas verir.

Keçmiş nazir Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsində yaradılan süni maneələr, bürokratiya azmış kimi, insanlar onlara qanunla düşən məbləği almaqda da çətinlik çəkirdilər. Əsasən də vətəndaşlara tətbiq edilən qanunsuz bölgü prinsipindən. Heç kəsə sirr deyil ki, rayondan asılı olaraq insanlara sosal yardımlar 8-4, 6-6 və s. prinsiplərlə verilib. Yəni, sosial yardım düşən ailələrə bildirirlər ki, sizə yardım yazırıq. Ancaq bu məbləğin 4 və ya 6 ayını bizə verməlisən.

“6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyən rayonlardan biri də Neftçaladır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Vurğun Əkbərovun bu prinsipinə razı olmayan şəxs mütləq şəkildə yardımdan gözünü çəkməli olur.

Yerli sakinlərin bildirdiyinə görə, digər rayonlardan fərqli olaraq, Neftçalada sosial yardım alanların 10 nəfərdən 8-i bu yolla istəyinə çata bilir. Əks halda onun sənədlərində çatışmazlıqlarımn olduğu əsas gətirilərək, iddia rədd edilir. Razılaşdıqda isə, həmin “çatışmazlıq” avtomatik aradan qalxır.

Qeyd edək ki, hazırda Neftçala rayonu üzrə 1221 nəfər sosial yardım alır. Bunların arasında 30-40 manat alanı da var, 299 manat 99 qəpik alanı da. Ancaq Vurğun Əkbərovun prinsipi dəyişməzdir: 6-6.

Səlim Müslümovun yeni nazir təyinatından sonra əhalidə bu yöndə işlərin sahmana salınacağı barədə ümidlər yaranıb. Bu ümidi doğuran sonuncu addım isə yeni nazirin bir neçə gün əvvəl iclas zaman 14 regionun TSEK rəhbərini işdən qovmasıdır.

arxiv.bizimxeber.az-a Neftçaladan verilən məlumata görə, hazırda rayonda Vurğun Əkbərovun da işdən uzaqlaşdırıldığı barədə xəbərlər dolaşır. Mərkəz rəhbərinin bir neçə gündür işə çıxmaması isə bu xəbərin həqiqiliyin qabardır. Lakin aldığımız məlumata görə, Vuyrğun Əkbərov hələ ki, rəsmi şəkildə işdən kənarlaşdırılmayıb, öz postunda saxlanılır. Mərkəz rəhbəri sadəcə bir neçə gün kölgədə qalmağa, üzə çıxmamağa qərar verib. Ancaq əhalinin artan narazılığı fonunda onun uzun müddət bu vəzifədə qalması heç də inandırıcı görünmür və işdən uzaqlaşdırılması qaçılmazdır.

İndi Neftçala sakinləri ümid edir ki, yeni nazir TSEK rəhbərləri kimi Sosial Müdafiə Mərkəzlərinin rəhbərlərinə də öz yerlərini göstərəcək. Yalnız bu halda sosial yardım almağa haqqı çatan şəxslər dövlətin onlara verdiyi vəsaiti tam alacaqlarına ümid edirlər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə