Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovanın qohumları dalaşdı
Gülər Əhmədovanın qohumları dalaşdı
03 Dekabr 2013 / 10:22 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Dünən sabiq millət vəkili Gülər Əhmədovaya məhkəmədə hökm oxunandan sonra qohumları arasında dava düşüb.

arxiv.bizimxeber.az-ın “məlumatına görə, davanın əsas iştirakçıları ANS-in teleaparıcısı İlqar Mikayıloğlunun birinci və ikinci həyat yoldaşları olsa da, əsas səbəbkarı eks-deputatın bacısı Gülnar Quliyevadır. Belə ki, məhkəmə hökm verəndən sonra İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı vəkil Zülfiyyə Bayramova ağlamağa başlayıb. Gülər Əhmədovanın bacısı Gülnar Quliyeva Zülfiyyə xanıma deyib ki, sənin ağlamalı günlərin hələ qabaqdadır. Bu zaman vəkil baldızına (Gülnar Quliyevaya) “get, işinlə məşğul ol” deyib. Bu sözdən sonra isə Gülnar Quliyeva Zülfiyyəyə hücum çəkib. Onları polislər güclə bir-birindən ayırıb. Hətta sabiq millət vəkili də baş verən davaya münasibət bildirib:

“Hökmdən sonrakı gərginlikdi bir-birinin üstünə acıqlarını tökürlər”.

Polislər Gülər Əhmədovanın bacısını çölə zorla çıxarandan sonra davanın davamı elə çöldə baş verib. Bu zaman Zülfiyyə əri İlqar Mikayıloğluya zəng edərək baldızından şikayətlənib. O, təkcə baldızından deyil, eləcə də İlqarın birinci xanımından da şikayətlənərək “sən onu rəsmən boşamısan, onun burda nə işi var” sözlərini deyib.

Bu sözdən sorna isə baldız gəlinin üstünə növbəti dəfə hücum çəkmək istəsə də, eks-deputatın həyat yoldaşı Fikrət Əhmədov ona mane olur və bu dəfə  Zülfiyyə baldızının üstünə gedir. Şahidlərin sözlərinə görə, Gülnar Quliyevanın üzü al-qana boyanıbmış. Digər qohumlar araya girərək iki xanımı sakitləşdiriblər.

Gülnar Quliyeva isə Zülfiyyə Bayramovaya “üzümü cırdın, bu heyfi səndə qoymayacağam” deyərək xəbərdarlıq edib.

Qeyd edək ki, teleaparıcı İlqar Mikayıloğlu birinci xanımından rəsmən ayrılıb və ikinci dəfə Zülfiyyə Bayramova ilə ailə həyatı qurub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə