Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Komitə sədri: “Ermənistanın müstəqil mövqeyi yoxdur”
Komitə sədri: “Ermənistanın müstəqil mövqeyi yoxdur”
03 Dekabr 2013 / 15:52 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

“Yəqin ki, Vladimir Putinin səfəri zamanı Ermənistan rəhbərliyi Yerevanda Rusiya prezidentinə Gömrük İttifaqına qoşulacağına və öz gələcəklərini bu dövlətlə bağlayacaqlarına əmin ediblər. İki gün əvvəl isə Vilnüs sammitində başqa söz deyirdilər. Bu nöqteyi-nəzərdən müstəqil dövlətin müstəqil mövqeyi olmalıdır”.

Bunu YAP-ın rəsmi saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, bu proseslər onu sübut edir ki, Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur: “Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil. Ona görə ki, hər bir insan da, qurum da, o cümlədən dövlət də əvvəl gərək özü özünə hörmət etsin ki, başqaları da ona hörmət eləsin. Ermənistan bir regionda yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq etmək lazımdır. Prezident İlham Əliyevin siyasəti Qafqazda heç kimə qarşı deyil. Amma Ermənistan belə siyasət apardığı üçün belə ağır vəziyyətdədir. İşğalçı olduğuna görə onun gələcəyi yoxdur. Amma Azərbaycanın Avropa ilə də, Rusiya ilə də əlaqələri var. Əlbəttə ki, Rusiyanın da, başqa ölkələrin də bu regionda tarixən maraqları var və bunu heç kim inkar etmir”.

S. Seyidov onu da vurğulayıb ki,  bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. “Bu siyasəti də ölkə prezidenti həyata keçirir. Bizim regionda mövqeyimiz güclüdür və dünyada Azərbaycanla güclü dövlət kimi hesablaşırlar. Ermənistanla bağlı isə tam əksinədir. Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Yalnız bu ola bilər ki, Ermənistandan istifadə edib öz maraqlarını bu regionda tətbiq etsinlər. Bu da erməni xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil”-deyə, komitə sədri əlavə edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə