Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müxalifət qüvvələr vahid cəbhədə birləşəcək – VİDEO
Müxalifət qüvvələr vahid cəbhədə birləşəcək – VİDEO
03 Dekabr 2013 / 15:56 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Viktor Yanukoviç isə, ötən gün etirazlarla bağlı açıqlamasında pis sülh şəraitinin, müharibədən daha yaxşı olduğunu deyib

Ukraynada hökumətə qarşı çıxan müxalifət qüvvələri vahid cəbhədə birləşmək qərarına gəliblər. Söhbət müxalifətin üç əsas partiyası Atayurdu, Udar və Azadlıq partiyalarından gedir. Kiyevdə birgə mətbuat konfransında iştirak edən partiya liderləri, hökumətin istefasını tələb edən qanun layihəsi təklif edəcəklərini bildiriblər. Onların sözlərinə görə, qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Bu barədə, Ukraynanın müxalifət lideri Arseniy Yatsenyuk açıqlama verib.

Ukraynanın müxalifət lideri, Arseniy Yatsenyuk Yanukoviçin qırmızı xətti keçdiyini deyib: “Viktor Yanukoviç artıq qırmızı xətti keçib. Onun istefası, həmçinin, növbədənkənar prezident və parlament seçkiləri tələbi, bizim tələbimiz deyil. Bu, bütün Ukrayna xalqının tələbidir. İnsanlar ədalət, dəyişiklik istəyir”.

Udar partiyasının sədri, Vitali Kliçko isə hesab edir ki, sistem dəyişilçəlidir: “İnsanlar küçələrdə yürüşlər edir. Çünki hökumət tərkibində dəyişikliklərin olması, lakin vəziyyətin dəyişməməsi onları məyus edir. Ölkədə korrupsiya və qanunsuzluq daha da genişlənməkdədir. Biz sistemi dəyişməliyik. Dövlət quruculuğu və Özünüidarə Komitəsinin iclası bu dəqiqələrdə başa çatıb. Onun bütün üzvləri səsvermə yolu ilə hökumətin istefasını tələb edən qanun layihəsi təqdim etməyə qərar veriblər”.

Ölkə prezidenti Viktor Yanukoviç isə, ötən gün etirazlarla bağlı açıqlamasında pis sülh şəraitinin, müharibədən daha yaxşı olduğunu qeyd edib. Şəhərin mərkəzi küçə və meydanlarında isə, hökumətə qarşı etirazlar ötən gün də davam edib. Minlərlə müxalifət tərəfdarı, demək olar ki, bütün gününü Maydan meydanında hökumətə qarşı şüarlar səsləndirməklə keçirir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə