Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovanın yeni şəkilləri yayıldı – FOTOLAR
Gülər Əhmədovanın yeni şəkilləri yayıldı – FOTOLAR
03 Dekabr 2013 / 18:40 / Baxış sayı: 516
Font1 Font2 Font3 Font4

Əfsər Talıbov: “Hökümü oxuduqdan sonra hara müraciət edəcəyimizi düşünəcəyik”

“Gülər Əhmədovanın hüquqları bütün instansiyalarda qorunacaq”. Bunu açıqlamasında sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Onun sözlərinə görə, sabiq deputata oxunan hökmü əldə etməyiblər. Əfsər Talıbova hökümü əldə edib, oxuduqdan sonra, Gülər Əhmədovanın işi üzrə appeliasiya məhkəməsinə müraciət edə biləcəklərini də söyləyib. Əfsər Talıbov Gülər Əhmədovanın səhəti ilə bağlı da məlumat verib: “Gülər Əhmədovanın indi yanından gəlirəm. Səhətində olan əvvəlki problemlər yenidən baş qaldırıb”.

Əfsər Talıbov bildirib ki, məhkəmə hökümünü alandan sonra, 20 gün müddətində qanunla başqa instansiyalara müraciət edə biləcəklər: “Biz hökümü almağı gözləyirik. Bilmək istəyirik ki, Gülər Əhmədovaya nəyə əsasən cəza kəsilib. Hökümü oxuduqdan sonra hara müraciət edəcəyimizi düşünəcəyik”.

Xatırladaq ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputa Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Gülər Əhmədova məhkəmədə son söz ilə çıxış edib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə