Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir: “4500 menecerə ehtiyac var”
Nazir: “4500 menecerə ehtiyac var”
04 Dekabr 2013 / 14:12 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Bu gün ali məktəblərdə təhsilin idarə edilməsi adlı fakültə yoxdur. Bu, o deməkdir ki, biz təhsilin idarə edilməsini ayrıca bilik və bacarıqlar tələb edən peşə kimi tanımırıq”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü zamanı çıxışında bildirib.

Nazir vurğulayıb ki, bu gün ölkəmizdə 4500 orta məktəb var. Buna görə də bu gün orta təhsil sistemində 4500 təhsil menecerinə ehtiyac var.

M.Cabbarov qeyd edib ki, məktəblərin idarə edilməsində valideynlərin rolunun artırılması təhsil sisteminin mühüm hədəflərindədir. Bu, yalnız təhsil sistemində valideynlərin iştirakına olan ehtiyacdan irəli gəlmir: “Təhsil sistemində olan real və obyektiv problemlərlə bağlı valideynlərin maarifləndirilməsi sahəsində müəyyən problemlər var. Valideynlərin təhsil sistemində daha fəal iştirakını təmin etməklə bu çatışmazlığı aradan qaldırmaq niyyətindəyik”.

Nazir şagirdlərin tədris prosesi zamanı yüklənməsi məsələsinə də toxunub. O qeyd edib ki, valideynlər hər zaman şagirdlərin tədris prosesi zamanı həddən artıq yükləndiyini deyirlər: “Müəyyən mənada hesab edirəm ki, bu, belədir. Bu istiqamətdə bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulub”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə