Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Hökumət vətəndaşların cibinə girir” – Lalə Şövkət
“Hökumət vətəndaşların cibinə girir” – Lalə Şövkət
04 Dekabr 2013 / 14:35 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Bəli, xalqımız dözümlüdür, səbirlidir, lakin bundan o qədər də sui-istifadə etmək olmaz” 
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət Azərbaycanda enerjidaşıyıcılarının qiymətinin yenidən artırılması ilə bağlı sərt tənqidi bəyanatla çıxış edib. Lalə Şövkət hökumətin bu antisosial siyasətini kəskin tənqid edib.

“Bizimxeber” Virtualaz.org-a istinadən ALP liderinin həmin bəyanatını təqdim edir:

“Tarif Şurasının yanacağın qiymətlərinin qaldırılmasını nəzərdə tutan və bütün istehlak mallarının və xidmətlərin qiymətlərinin avtomatik qalxmasına səbəb olacaq bugünkü qərarı məmur-oliqarxlar və onların ətrafi istisna olmaqla bütün əhalinin sosial durumuna ağır zərbə vuracaq.

Qeyd etmək lazımdır ki, bu qərarın qəbulu obyektiv səbəblərlə yox, büdcə defisitinin ödənilməsi zərurəti ilə bağlıdır. Və bunu sağlam iqtisadi siyasət, yəni inhisarçılığın aradan qaldırılması, kölgə iqtisadiyyatının leqallaşması, sistemli korrupsiya ilə real mübarizə hesabına yox, adi vətəndaşların güzəranı hesabına həyata keçirirlər.

İri monopoliyaların maliyyə tutarsızlığının, sistemli korrupsiyanın ağır fəsadlarının, iqtisadi rəqabətin yoxluğunun cəzasını hakimiyyət yox, onsuz da ağır maddi vəziyyətdə olan əhali çəkəcək. Artıq neçənci dəfədir ki, hökumət vətəndaşların cibinə girərək öz iqtisadi səhvlərini bu yolla düzəltməyə çalışır.

Bəli, xalqımız dözümlüdür, səbirlidir, lakin bundan o qədər də sui-istifadə etmək olmaz. Belə siyasət əvvəl-axır mütləq sosial partlayışla nəticələnəcək.

Mən hakimiyyəti vətəndaşlarımız üçün ağır yük olacaq bu yanlış qərarın ləğvinə çağırıram. Bir daha qədim həqiqəti yada salmaq istəyirəm – varlanmaq ölkə ilə birgə gərəkdir, onun və xüsusən öz vətəndaşlarının hesabına yox”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə