Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycanda inqilab layihəsi satılıb”
“Azərbaycanda inqilab layihəsi satılıb”
04 Dekabr 2013 / 16:21 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

ABŞ kəşfiyyat şirkətinin Azərbaycanda məxfi inqilab araşdırmaları

2000-ci ildə ABŞ-ın dəstəyi ilə Slobodan Miloşeviç rejimini devirən serb gənclər hərəkatı “Otpor”un lideri Azərbaycan və bir çox digər ölkələrdən müxalif fəalları ABŞ-ın özəl kəşfiyyat şirkətinə satıb.

 Virtualaz.org saytı bildirir ki, bu məlumat occupy.com saytının apardığı araşdırmada üzə çıxıb.
Bildirilir ki, Serbiyanın CANVAS (Centre for Applied Nonviolent Action and Strategies) adlı qeyri-hökumət təşkilatına rəhbərlik edən Srdja Popoviç 2007-ci ildən etibarən ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və müştəriləri üçün kəşfiyyat məlumatları toplayan “Stratfor” mərkəzi ilə sıx əməkdaşlıq etməyə başlayıb.
S.Popoviçin “Stratfor”la əməkdaşlığı WikiLeaks saytının bu təşkilatın elektron yazışmalarını ələ keçirməsi nəticəsində üzə çıxıb. Culian Assancın saytı “Stratfor”un yazışmalarını “Global İntelligence Files” adı ilə yayıb.
Məlum olub ki, S.Popoviç “Stratfor”la ilk dəfə 2007-ci ildə əlaqə yaradıb və şirkətin ofisində təşkil olunan məxfi konfransda Şərqi Avropada baş verənlər barədə məruzə ilə çıxış edib.
“Stratfor”la müntəzəm yazışan serb fəal 2011-ci ildə Bəhreyndə Amerika hərbi qüvvələrinin dəstəyi ilə kral rejiminin şiə etirazlarını yatırması zamanı ölən və yaralanan fəalların adlarını mərkəzə göndərib.
Həmçinin məlum olub ki, Popoviç 2010-cu ilin sentyabrında Venesuelanın o vaxtkı prezidenti Uqo Çavesin devrilməsi ilə bağlı əhatəli plan hazırlayaraq “Stratfor”a göndərib.
Xəbərdə bildirilir ki, Popoviç məxməri inqilabların məşhur texnoloqu kimi “Stratfor”un bütün dünyada müxalif fəallara çıxışını təmin edib. Şirkət Popoviçdən aldığı informasiyaları korporativ müştərilərinə təqdim edirmiş. Məlum olub ki, S.Popoviç Filippin, Liviya, Tunis, Vyetnam, İran, Azərbaycan, Misir, Belarus, Bəhreyn, Venesuela, Gürcüstan və digər ölkələrdə baş verən proseslər, habelə müxalif fəallar barədə informasiyaları “Stratfor”a göndərib. Bu zaman fəalların özlərinin bundan xəbəri olmayıb.
S.Popoviçin “Stratfor”la əməkdaşlığı o dərəcədə sıx olub ki, o, gələcək arvadına da bu mərkəzdə iş düzəldib.
Bildirilir ki, “Stratfor” üçün Popoviç təkcə dünya inqilabçıları və hərəkat fəalları barədə informasiyalar toplamaq üçün qiymətli mənbə olmayıb. Eyni zamanda mərkəz onu  zərurət yaranarsa,  ABŞ-ın fundamental maraqlarına qarşı çıxan ölkələrin liderlərini devirməyə kömək edə biləcək adam kimi də qiymətli hesab edib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə