Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aydın Bəşirovun Odessada şəxsi donanması var- İDDİA
Aydın Bəşirovun Odessada şəxsi donanması var- İDDİA
04 Dekabr 2013 / 16:28 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Xəzər Gəmiçiliyi (Kaspar) idarəsinin sabiq rəisi Aydın Bəşirov Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahibdir.

Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik elədiyi bu şirkət “Sail Traidind” adlanır.
Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur.

İddia olunur ki, əslində, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib. Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib.

Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür.(axar.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə