Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elman Mehdiyev DSMF-nin rayon şöbələrinə əl gəzdirəcək
Elman Mehdiyev DSMF-nin rayon şöbələrinə əl gəzdirəcək
05 Dekabr 2013 / 12:50 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin də imzaladığı sərəncamla Elman Mehdiyev Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri təyin olunub.

Bu təyinat DSMF-nin rayon şöbələrində narahatlıq yaradıb. Xüsusən də keçmiş sədr Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Zakir Həsənovun Müdafiə Nazirliyində apardığı kadr islahatlarından sonra bu narahatlıq daha da artıb.

arxiv.bizimxeber.az-a verilən məlumata görə, artıq DSMF-nin rayon şöbələrinin əksəriyyətinin rəhbərləri yır-yığış edərək əmrlərinin veriləcəyi günü gözləyirlər. Xəbərdə bildirilir ki, S.Müslümovun könhə iş yerində olan kadrların bəzilərini özü ilə yeni iş yerinə aparması fonunda, yeni sədrin yeni təyinatlar edəcəyini labüdləşdirir. Bu isə aşağı səviyyələrdə, xüsusən də rayon şöbələrində nəzərə çarpacaq dəyişiklərin olacağı anlamına gəlir.

Fonddakı mənbəənin arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, yaxın günlərdə Elman Mehdiyev xüsusi müşavirə keçirəcək. Və həmin tədbirdə fondun əksər rayon şöbələrinin rəhbərləri vəzifələri ilə vidalaşacaqlar.

Vəzifəıdən uzaqlaşdırılmaşı ehtimal edilən DSMF-nin rayon şöbələrinin siyahısını yaxın günlərdə yaymağa çalışaçıq.

Toğrul
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə