Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrandan Naxçıvana yenə atəş açılıb
İrandan Naxçıvana yenə atəş açılıb
05 Dekabr 2013 / 16:12 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Bu dəfə Araz çayında balıq tutanlara atəş açılıb, balıqçılar 5 gündür işi dayandırıb

İran istiqamətindən Naxçıvana yenidən atəş açılıb. “Bizimxeber”-in “Azadlıq” radiosunun müxbirinin Naxçıvandan hazırladığı reportaja istinadən verdiyi xəbərə görə, insident noyabrın 30-da gecə baş verib.

Naxçıvanda balıq əsasən Tumbul kəndi yaxınlığında, Araz çayı üzərində yaradılmış süni gölməçədə tutulur. Kənd sakinlərinin bildirdiyinə görə, bir neçə gün öncə Araz çayı tərəfdən güllə səsləri eşidilib. Adının çəkilməsini istəməyən Tumbul kənd sakini deyir ki, həmin güllə səslərindən sonra “Balıqçılıq Təsərrüfatı” ASC gölməçədə balıq tutmağı dayandırıb.

“Hər gün gəlib balıq tuturdular. Bir hissəsini satmaq üçün Bakıya göndərirdilər, bir hissəsini də Naxçıvan bazarlarına. Noyabrın 30-u gecə güllə səsləri eşitdik. Səhər dedilər ki, İran tərəfindən bizim balıqçılara güllə atıblar. Həmin gündən bizimkilər balığa gəlmirlər” – deyə kənd sakini söyləyib.

Reportajda bildirilir ki, həmin gündən etibarən Naxçıvan bazarlarında balıq qəhətə çıxıb. Yerli sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür ki, Araz çayından tutulan balığa bazarlarda rast gəlinmir.

Naxçıvanda əhalinin balığa tələbatını əsasən Araz çayı ödəyir. Digər kiçik çaylardan və yaxud göllərdən də balıq tutulub bazarlara çıxarılır. Ancaq bu, alığa olan tələbatın yalnız cüzi bir hissəsini ödəyir.

Naxçıvan sakini Sahib Babayev deyir ki, iki gündür bazarlara ayaq döysə də balıq ala bilmir. O deyir ki, Araz balığı qəhətə çəkildiyindən digər balıqları baha qiymətə belə çətin tapmaq olur: “Həkim məsləhət görüb ki, uşağa tez-tez balıq yedizdirək. Hər dəfə gəlib rahatca alıb getmişəm. Düzdür, Naxçıvanda balıq da monopoliyadadır. Mən özüm Arazqırağı kəndlərin birində yaşasam da bizə çaydan balıq tutmağa icazə vermirlər. Naxçıvanda “Balıqçılıq Təsərrüfatı” ASC var, balığı yalnız onlar tuta bilər. Yenə də lazım olduqca bazardan istədiyin qədər ala bilirdin. İndi o da yoxa çıxıb. Deyilənə görə, İran tərəfi icazə vermir balıq tutmağa”.

Naxçıvan “Balıqçılıq Təsərrüfatı” ASC-dən isə bildiriblər ki, əvvəlki qrafikdə öz işlərinə davam etdirirlər: “Kim deyirsə, yalan deyir. Balıq tutulur və bazara çıxarılır. Ola bilər, satış yeri dəyişilib deyə tapa bilmirlər. Bizə heç kim güllə atmayıb”.

Tumbul kəndi Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olduğundan “Azadlıq” radiosu balıqçılara güllə atılması ilə bağlı deyilənlərə şəhər polis idarəsindən də münasibət öyrənmək istəyib. İdarədən bu barədə məlumatsız olduqlarını bildiriblər.

Xatırladaq ki, bundan əvvəl İran istiqamətindən Naxçıvan ərazisinə, Araz çayı sahilində sahilbərkitmə işləri görən traktora atəş açılmışdı. Bu insidentdən sonra İran və zərbaycan arasında sərhəd-keçid məntəqələri bağlanmış və bu gərginlik bir neçə gün davam etmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə