Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sosial Müdafiə Mərkəzinin rəhbəri 47 min manatla saxlanıldı
Sosial Müdafiə Mərkəzinin rəhbəri 47 min manatla saxlanıldı
05 Dekabr 2013 / 10:28 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Vüsal Əzizovu rayonun icra başçısı Ceyhun Cəfərov buraxdırıb, o, pulları icra başçısı ilə keçmiş nazir arasında bölüşdürüləcəyini iddia edib 

Tərtər rayonunda hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində yerli Sosial Müdafiə Mərkəzinin rəhbəri Vüsal Əzizov saxlanılıb. Saxlanılan zaman mərkəz rəhbərinin əlindəki zənbildən 47 min manat pul çıxıb.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin pullar rayonda yoxsul ailələrə ayrılmış ünvanlı sosial yardımlarındır. Belə ki, Vüsal Əzizov ünvanlı sosial yardım ayrılmış ailələrin kartlarını özündə saxlayaraq, hər ay onlardan pulu çıxararaq, öz məqsədləri üçün xərcləyirmiş. Eyni zamanda, o da aydınlaşıb ki, bu şəxs yardımlar ayrılarkən 50/50-yə prinsipi ilə razılaşma əldə edirmiş. Yəni, yoxsul ailə alacağı pulun 6 aylıq hissəsini müdirə verməli, qalanını isə özünə götürməlidir.Həmin məlumatlarda deyilir ki, əməliyyatın ardından xəbər dərhal Tərtərin icra başçısı Ceyhun Cəfərova çatıb. Və icra başçısı təcili olaraq hüquq mühafizə orqanlarının əməkdaşları ilə əlaqəyə girərək, Vüsal Əzizovu azadlığa buraxdırıb. İddialara görə, Əzizov ilkin ifadəsi zamanı deyib ki, bankdan çıxardığı bu qədər pul təkcə onun özünə aid deyil.

O, bu məbləğin bir qisminin sabiq nazir Füzuli Ələkbərova (əməliyyat keçirilən zaman ƏƏSMN-in rəhbəri Füzuli Ələkbərov olub-red.), digər qisminin isə Tərtərin icra başçısı Ceyhun Cəfərova çatacağını vurğulayıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə