Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AXCP Rauf Arifoğlu ilə bağlı BƏYƏNAT yaydı
AXCP Rauf Arifoğlu ilə bağlı BƏYƏNAT yaydı
05 Dekabr 2013 / 16:58 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

AXCP öz üzvü ilə baş redaktor arasındakı münaqişəyə münasibət bildirib.  AXCP mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, bununla bağlı verilən bəyanatda bildirilir: “Məlum olduğu kimi “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP üzvü Vüqar Qədirovdan DİN-ə şikayət edib.

Şikayətinə səbəb kimi Vüqar Qədirovun sosial şəbəkələrdə onun ünvanına nalayiq ifadələr işlətməsini, təhqir olunduğunu göstərib. Rauf Arifoğlu Vüqar Qədirovla aralarındakı yazışmanı öz “facebook” səhifəsində paylaşıb.

Partiya baş vermiş hadisədən təəssüflənir və Vüqar Qədirovun Rauf Arifoğlunun ünvanına işlətdiyi nalayiq ifadələri qəti şəkildə pisləyir. Partiya bildirir ki, Rauf Arifoğlunun AXCP-yə və Milli Şuraya qarşı qərəzli mövqeyi onun təhqir olunması üçün əsas ola bilməz. Ümumiyyətlə, AXCP siyasi mübarizənin, müzakirələrin istisnasız olaraq etika çərçivəsində aparılmasına tərəfdardır.

Biz ölkədəki siyasi prosesin bütün iştirakçılarını müzakirə və polemikalarda, hətta qarşılıqlı ittihamlarda belə, etik sərhədləri aşmamağa çağırırıq. AXCP böyük təşkilatdır. 10 000-lərlə partiya üzvümüz yalnız Azərbaycan naminə fədakar mübarizəsi ilə deyil, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə də cəmiyyətə müsbət nümunələr yaradır. Amma görünür, biz də belə hallardan sığortalanmamışıq.

Vüqar Qədirovun hərəkətlərinə nizamnamə baxımından qiyməti isə üzvü olduğu İmişli rayon təşkilatı verəcək. Bütün bunlarla yanaşı AXCP Rauf Arifoğlunun Vüqar Qədirovla aralarında yaranmış münaqişəni partiya strukturlarının köməkliyi ilə həll etməyə cəhd göstərmədən DİN-ə müraciət etməsini də DİN-in belə məsələlərə müdaxiləsini də pisləyir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə