Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Laçının icra başçısı ilə bağlı şok iddialar
Laçının icra başçısı ilə bağlı şok iddialar
06 Dekabr 2013 / 11:29 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Akif Səlimova Şəmkənd Musiqi Məktəbinin kollektivi etiraz etdi, rayonda həyata keçirilən «islahat»ların narazılıq yaratdığı deyilir 

Laçın rayonunun icra başçısı Akif Səlimovla bağlı şok iddialar ortaya çıxıb. arxiv.bizimxeber.az-a rayon sakini Qurban Məmmədov tərəfindən daxil olan məktubda olduqca maraqlı, həm də ittihamlarla dolu fikirlər qeyd edib. Onun sözlərinə görə, hal hazırda rayon sakinləri Akif Səlimovu Laçından qovmağa hahırlaşırlar.Laçın sakini yazır ki, ötən günlərdə icra başçısı Akif Səmədova qarşı rayonda etirazlar başlayıb. Rayonun Şamkənd Musiqi Məktəbinin kollektivi yeni direktor təyinatı ilə əlaqədar ona etirazını bildirib.

Məlumatda deyilir ki, Şamkənd Musiqi Məktəbinə direktor təyin olunmuş şəxs Facebook sosial şəbəkəsində «Ölmüşümü Görəsiz» profili ilə çıxış edən, qeyri-etik paylaşımları ilə diqqəti çəkən, status və rəylərində adi küçə söyüşləri yazan, Azərbaycan prezidentini xalqın seçmədiyini, Həxcc ziyarətində olarkən prezidentə səs verən zəvvarlarının ziyarətinin qəbul olunmadığını, səhifəsində qoyun şəkili paylaşaraq onun hansısa nazirə bənzətdiyini, Nizami Gəncəvini xalqa azərbaycanlı kimi sırındığını, əslində isə «kürd» olduğunu bildirən Sadiq Axundov gətirilib.
«Məktəbin kollektivi bu təyinata görə, rayon Mədəniyyət şöbəsinin müdiri Yusif Hüseynova və icra başçısı Akif Səlimova Sadıq Axundovun iş bacarığının, siyasi düşüncəsinin və etikasının 50 nəfər işçisi olan bir kollektivə rəhbərlik etməyə çatmadığını bildirsələr də ixtisasca mədəniyyət işçisi olmayan, biznesmen şöbə müdiri Yusif Hüseyinov onluq bir şey olmadığını Akif Səlimovun tapşrığinı yerinə yetirdiyini bildirib. Belə olduğu halda Şamkənd kəndinin sakinləri vaxtı ilə qeyri qanuni olaraq əllərindən alınmış kimlərinsə təminatı xatirinə Ağcabədi rayon Taxta körpü qəsəbəsində yerləşdirilən Şamkənd uşaq musiqi məktəbinin kəndin məcburi köçkünlərinin əksər hissəsinin məskunlaşdığı Şəki rayonunun Çələbi xan qəsəbəsinə qaytarılması tələbini irəli sürərək bu barədə yüksək instansiyalara müraciət edəcəklərini bildiriblər».P.S. Məktubda Akif Səlimovun Prezident Admnistrasiyasındakı adamının kimliyi, rayonda hamıdan haqq yığdığı, dəhşətli hadisələrə imza atdığı və digər iddialar da yer alıb. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə