Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Reklam haqqında” yeni qanun layihəsi hazırlandı
“Reklam haqqında” yeni qanun layihəsi hazırlandı
06 Dekabr 2013 / 16:48 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

“Reklam haqqında” yeni qanun layihəsi hazırlanıb.  Bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Lakin V.Əhmədov “Reklam haqqında” yeni qanun layihəsinin Milli Məlcisin payız sessiyasının gündəliyinə salınmamasından narahatlığını ifadə edib. O bildirib ki, deputat Əli Məsimli ilə birlikdə yeni qanun layihəsi hazırlayıb və həmin layihəyə aidiyyəti üzrə bütün qurumlar, o cümlədən Prezident Administrasiyası müsbət rəy verib: “Amma indi eşidirəm ki, bu qanunu qəbul etmək lazım deyil, sadəcə mövcud qanunda dəyişikliklər edilməlidir. Biz tamamilə yeni, müasir standartlara cavab verən qanun layihəsi hazırlamışıq. Orada köhnə qanundan heç 10 faiz də əsər-əlamət qalmayıb”.

Millət vəkili komitə sədrindən həmin qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə salınmasını xahiş edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə