Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abutalıbov gedir, Fərəcov gəlir?
Abutalıbov gedir, Fərəcov gəlir?
08 Dekabr 2013 / 12:59 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

KİV-lər Bakı merini növbəti dəfə “işdən çıxarır”

İnternet resurslarından biri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbər yayıb.

“Bizimxeber” saytı xəbər verir ki, “İnterAz” internet televiziyasının saytında yayılan məlumata görə, yaxın vaxtlarda Abutalıbov vəzifəsini tərk edəcək. Onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacaq. Məlumatın mənbəyi kimi “mötəbər qaynaq” göstərilir.

2001-ci ildən bu yana BŞİH başçısı postunu turan H.Abutalıbov belə “mötəbər qaynaq”ları çox yola verib və onun barəsində yayılan çoxsaylı “işdən çıxarılacaq” xəbərlərinin heç biri doğrulmayıb. Bu baxımdan Bakı merinin işdən azad edilməsi barədə prezident sərəncamını görmədən belə xəbərlərə inanmaq hər halda çətin olardı.

Hörmətli Abutalıbov artıq 12 ildir Bakını sökür, tikir, sonra yenə sökür və yenə tikir. Onun yuxarıların qəzəbinə tuş gəldiyi haqda yeni məlumat yoxdur. Hərçənd ki, bir neçə il əvvəl Abutalıbovun reputasiyası ciddi təhlükə qarşısında qalmışdı və onun hətta həbs olunacağı barədə söz-söhbətlər yaymağa başlamışdılar.

Şübhəsiz ki, Abutalıbovun yerinə göz dikənlər və paytaxta rəhbərlik etmək iddiasında olanlar az deyil. Ona görə də Bakı merinin əvəzlənəcəyi haqda xəbərləri hər halda tam kənara atmaq da olmaz. Onun yerinə iddia edilən namizəd Z.Fərəcov 2005-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. Bakının, bəlkə də respublikanın rayonlarının icra hakimiyyəti başçıları arasında ən qüdrətlilərindən biri hesab olunur. Çünki general Bəylər Əyyubovun himayəsindədir. İllərdir Abşeron torpaqlarının topdan və parakəndə satışı məhz Fərəcovun monopoliyasındadır. O, barəsində ən çox şikayətlər olan icra başçılarından hesab edilir.

Virtualaz.org



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə