Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Valideynlər Təfəkkürün Universitetinin qarşısına yığışır
Valideynlər Təfəkkürün Universitetinin qarşısına yığışır
09 Dekabr 2015 / 11:32 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4

«Perevod» məsələsinin yubanması narazılığı pik həddə çatdırıb, rektor Müşfiq Atakişiyev yeni təhsil naziri ilə görüşmək üçün vasitəçi axtarır 

Təfəkkür Universitetində təhsil alan tələbələrin valideynləri ilə rektor Müşafiq Atakişiyevin arasında ciddi narazılıq yaranıb. JAM.AZ-a verilən məlumata görə, buna səbəb universitetə pul hesabına qəbul edilən, lakin onları bir ildən sonra «perevod» yolu ilə Bakıya gətirilməsində yaranmış problemdir.

Aldığımız məlumata görə, hər il bu istiqamətdə işlər görən və müqabilində külli miqdarda pullar qazanan Müşafiq Atakişiyevin bu il bazarı «ölüb». Bu da yeni təhsil naziri Mikayıl Cabbarovla hələ də anlaşmanın əldə olunmamasıdır. Elə buna görədir ki, dekabrın əvvəlinə nəzərdə tutulmuş «perevod» prosesi baş tutmayıb və onun yaxın gələcək üçün də mümkün olacağı inandırıcı görünmür. İddialara görə, Təfəkkür Universitetinin rektoru bir neçə dəfə yeni nazirlə görüşmək istəsə də, istəyi reallaşmayıb. Məlumatlarda deyilir ki, bununla əlaqədar Atakişiyev yeni nazirlə görüşün təşkili üçün vasitəçi axtarışlarına başlayıb.

Validyenlər isə məsələdən artıq xəbərdardırlar. Çünki bu yaxınlarda bir neçə valideyn universitetin rəhbərliyi ilə görüşərək, onlardan vəziyyətin nə yerdə olduğu ilə maraqlanıblar. Görüş əsnasında rəhbərliyi təmsil edən şəxs bildirib ki, bəzi problemlər üzündən «perevod» bir qədər yubana bilər. Söhbətdən şübhələnən şəxslər dolayısı ilə məsələni araşdırmağa başlayıblar və məlum olub ki, problem böyükdür. Nəticə isə pul vermələrinə rəğmən, uşaqlarının havada qala biləcəyindən ibarət olacaq. Bununla da söhbət bütün valideynlərə çatıb və ortalıq qarışıb.

JAM.AZ-a verilən məlumata görə, yaxın günlərdə valideynlərin Təfəkkür Universitetinə axın edəcəyi gözlənilir. Onlar təhsil ocağına gələrək, rektorla görüşmək istəyirlər. «Perevod» məsələsinə əsaslı aydınlıq gətirilməyəcəyi təqdirdə aksiya keçirəcəkləri gözlənilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə