Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Dezinfeksiya Stansiyasında yoxlamalar başlayır
Bakı Dezinfeksiya Stansiyasında yoxlamalar başlayır
23 Dekabr 2013 / 15:20 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Nazir Oqtay Şirəliyev Stansiyanın işini nəzarətə götürüb

Bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin Bakı Dezinfeksiya Stansiya rəhbərinin havaya sovurduğu milyonlar barədə olduqca maraqlı məlumat yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, Stansiya təkcə bu il içində 100 min manatdan artıq büdcə vəsaitini yox edib. Daha doğrusu bu pul müxtəlif “işlər” adı altında mənimsənilib. Müxtəlif məhsulların alınması üçün “Epidbiomed” adlı MMC -nin adına götürülən pullar bir neçə nəfər arasında bölüşdürülüb.

Səhiyyə Nazirlyindəki mənbələrdən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, nazir Oqtay Şirəliyev Bakı Dezinfeksiya Stansiyasının işinin nəzarətə götürülməsi ilə bağlı göstəriş verib.

Məlumatda qeyd edilir ki, Stansiya üçün məhsulların satın alınması işini həyata keçirən və nazirlikdəki yüksək post tutan çəxslərdən birinə məxsus olan “Epidbiomed”  MMC-ni də aidiyyatı qurumlar yoxlayacaq.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, yoxlamaların nəticəsi olaraq yeni ildən Bakı Dezinfeksiya Stansiyasının rəhbəri bu postdan uzaqlaşdırıla bilər.

Məlumat üçün bildirək ki, Oqtay Şirəliyev Bakı Dezinfeksiya Stansiyasının rəhbərini bir neçə dəfə bu postdan uzaqlaşdırmaq istəyib. Sonradan hansısa səbələrdən bu istəyindən vaz keçib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə