Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Fərhad Əliyevin harda olması bilinmir”
“Fərhad Əliyevin harda olması bilinmir”
09 Dekabr 2013 / 16:03 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Fərhad Əliyev həbsdən çıxandan sonra bir neçə dəfə zəngləşib görüşmüşük”. Bunu AzVision.az-a açıqlamasında vəkil Elton Quliyev bildirib. Həbsdə olduğu vaxt sabiq naziirn hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, Fərhad Əliyevin hazırda harada olması dəqiq bilinmir.

“Onun yaxın adamları ilə dəfələrlə görüşmüşəm. Ancaq heç birinin mobil telefonunu götürməmişəm. Bir neçə dəfə Fərhad Əliyev mənə zəng edib, görüşmüşük. Ancaq onun nömrələrini saxlamamışam. Hazırda harada olması və nə işlə məşğul olması barədə də heç bir məlumatım yoxdur” deyə E.Quliyev bildirib.

Qeyd edək ki, prezidentin sərəncamı ilə yenicə əfv olunanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Almaniyaya getməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı. Onun Almaniyaya nə üçün getdiyi və nə zaman vətənə dönəcəyi haqqında heç bir məlumat yoxdur.

arxiv.bizimxeber.az



“Fərhad Əliyevin harda olması bilinmir” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə