Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
09 Dekabr 2013 / 16:39 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə