Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir müavinin qardaşı rəis oldu
Nazir müavinin qardaşı rəis oldu
10 Dekabr 2013 / 18:48 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Rabitə Nazirliyində sirli kadr dəyişikliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində gözlənilməz kadr dəyişikliyi baş verib. Belə ki, Xətai Telefon Qovşağının rəisi Əhməd Mehdiyev qəfil nazirliyə çağrılıb və ondan ərizəsini yazmaq tələb olunub. Yəni Əhməd Mehdiyevin işdən azad olunması haqda yayılan xəbərlərin əksinə olaraq, onu hər hansı bir qanunsuzluğa görə işdən azad etməyiblər. Sadəcə, ona “belə məsləhətdir” deyilib.

Bu sözləri mia.az-a nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, Əhməd Mehdiyevin yerinə Poçtdaşıma Mərkəzinin rəisi Nazim Əliyev təyin olunub: «Daha bir maraqlı təyinat isə Poçtdaşıma Mərkəzində aparılıb. Ötən il rəhbərlik etdiyi Yasamal poçt filialında iri məbləğdə yeyinti faktına görə vəzifəsindən azad edilən Fikrət Vəliyev həmin mərkəzin rəisi təyin olunub».

Xatırladaq ki, Fikrət Vəliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavini Ədalət Vəliyevin qardaşıdır. O, ötən il Abşeron poçt filialının rəisi ilə birgə işdə yol verdikləri nöqsanlarla bağlı azad olunsa da, az sonra Poçtdaşıma Mərkəzinə rəis müavini təyin olunmuşdu.

arxiv.bizimxeber.az



Nazir müavinin qardaşı rəis oldu yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə