Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəqliyyat qaydalarına dövlət nəzarəti dəyişdi
Nəqliyyat qaydalarına dövlət nəzarəti dəyişdi
11 Dekabr 2013 / 17:11 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliklər edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, dəyişiklik avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti ilə bağlıdır.

Dövlət nəzarəti Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilir. İndiyə qədər sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri müntəzəm olaraq yerinə yetirilmədikdə, müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənaraçıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə və mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələbləri pozduqda nəzarət edən şəxsin tərtib etdiyi akt əsasında daşıyıcı xəbərdar oluna və ya daşımalardan kənarlaşdırıla bilərdi.

Dəyişikliyə əsasən, bundan sonra sərnişin daşımalarına dair bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə, sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri mütəmadi olaraq yerinə yetirilmədikdə, mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələblər pozulduqda, müvafiq sənədlərin olmaması səbəbindən nəzarət edən şəxs dövlət nəzarəti tədbirlərini həyata keçirə bilmədikdə nəzarət edən şəxsə tərtib etdiyi akt əsasında daşıyıcını xəbərdar etmək və ya daşımalardan kənarlaşdırmaq hüququ verilib.

Eyni zamanda, daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin ediləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə