Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ordu üçün yeni səhra geyim forması hazırlanır
Ordu üçün yeni səhra geyim forması hazırlanır
11 Dekabr 2013 / 17:47 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4

Ordu üçün yeni səhra geyim forması hazırlanır. Bu barədə jurnalistlərə «Bakı Tikiş Evi» ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib.

F. Rəhimovun sözlərinə görə, yeni geyim forması özünün modelinə, yüksək keyfiyyəti və bir sıra özəlliklərinə görə hazırkı analoqlarından fərqlənəcək. Hazırda üzərində işlərin aparıldığı geyim forması Müdafiə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra ordunun istifadəsinə veriləcək.

«Yeni geyim forması Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanır», – deyə F. Rəhimov bildirib.

BTE rəhbəri bildirib ki, yeni səhra geyimi Türkiyə istehsalı olan parçalardan hazırlanır. Bu geyimlər görünüşcə Türkiyə Silahlı Qüvvələrinin yeni rəqəmsal dizaynlı kamuflyajına bənzəyəcək. Başqa sözlə, müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun cəbhə bölgəsinə səfər zamanı geydikləri kamuflyajın bənzəri olacaq

Yeni geyimlərin 2014-cü ilin yay mövsümünə keçid zamanı hərbçilərə paylanacağı gözlənilir.

F. Rəhimov bildirib ki, BTE hazırda ordu üçün müxtəlif təyinatlı-multispektral, yağışa davamlı və s. geyimlər, səhra yatağı, çantalar və s. istehsal edilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə