Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əliyevə həsr olunan fotoalbomun təqdimatı keçirilib – FOTOLAR
Heydər Əliyevə həsr olunan fotoalbomun təqdimatı keçirilib – FOTOLAR
12 Dekabr 2013 / 11:44 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4
Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Heydər Əliyevə həsr olunan fotoalbomun təqdimatı keçirilib.

Mərkəzdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, nəşr olunan “Böyük insanın ömür anları” albomunda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini – uşaqlıq və yeniyetməlik illərini, Azərbaycan SSR Nazirlər Soveti yanında Təhlükəsizlik Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katbi və Siyasi büronun üzvü, SSRİ Nazirlər Sovetində Baş Nazirin müavini vəzifəsində çalışdığı illəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və nəhayət, müstəqil Azərbaycanın Respublikasının Prezidenti olduğu dövrü əks etdirən fotolar toplanıb.

Nəşrə ön sözü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb: “Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzülün əks olunduğu səhifələrlə zəngindir. Və hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərindən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu”.

M. Əliyeva qeyd edib ki, bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar: “Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr həkk olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o, müxtəlif anlarda çəkilib – gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat, gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının  fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur”.

Albomda ulu öndərin ilk dəfə işıq üzü görən fotoşəkilləri də çap olunub.

Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə