Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarlı hava şəraiti davam edəcək
Qarlı hava şəraiti davam edəcək
12 Dekabr 2013 / 12:34 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan arxiv.bizimxeber.az-a bildirilib ki, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə