Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Meşəbəyi” restoranlar şəbəkəsinin sahibi idarə rəisi oldu
“Meşəbəyi” restoranlar şəbəkəsinin sahibi idarə rəisi oldu
12 Dekabr 2013 / 16:06 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4
Ə.İsgəndərov mülkidən çağırılaraq Müdafiə Nazirliyində birbaşa idarə rəisi vəzifəsinə təyin olunub

Müdafiə Nazirliyinin bütün alqı-satqı idarələri birləşdirilərək bir əldə cəmləşdirilir və bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu kimi milyardların gəlib keçdiyi qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılır.

arxiv.bizimxeber.az-ın elektron ünvanına gələn məlumatda qeyd olunur ki,  artıq Vahid Əliyevin əmisi oğlu İlham Əliyev bu idarəyə rəis müavini təyin edilib. İlham Əliyev mülkidən çağırılıb və ona heç bir rütbəsi olmadığı halda birdən-birə mayor rütbəsi verilib.

Bundan əvvəl isə o, sadəcə aptek müdiri olub. Daha bir müdhiş fakt isə ondan ibarətdir ki, bu idarəyə rəis vəzifəsinə mülkidən 55 yaşlı bir insan gətirilib. Daha dəqiq desək, “Meşəbəyi” restoranlar şəbəkəsinin və “Ovçulu” ət məhsulları firmasının sahibi Ə.İsgəndərov mülkidən çağırılaraq birbaşa idarə rəisi vəzifəsinə təyin olunub. Azərbaycandan əlavə Ukraynada zavod və fabrikləri olan bu iş adamının sözügedən vəzifəyə qoyulması nəinki nizamnaməyə ziddir, birbaşa qanunları çeynəməkdir. Məlumata görə, adı hallanan şəxs hərbçi deyil. Digər tərəfdən, ehtiyatdan çağırış 48 yaşa qədərdir. Ə.İsgəndərovun isə 55 yaşı var. Orduda isə polkovniklərin istefaya göndərilməsi üçün son yaş həddi 53-dür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə