Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kabalye Qarabağı “xristian adası” elan etdi
Kabalye Qarabağı “xristian adası” elan etdi
13 Dekabr 2013 / 11:51 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Məşhur müğənni Ermənistan və Qarabağa ayrıca albom həsr edib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur ispan opera müğənnisi Monserrat Kabalye Parisdə növbəti albomunun təqdim edib. Yeni albomunu Kabalye ermənilərə həsr edib. Albomun adı “Ermənistan və Artsax (Dağlıq Qarabağ) Xristianlıq adası”dır. Albomun Parisdəki təqdimetmə mərasimində “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan da iştirak edib. Bako Saakyan çıxışında bildirib ki, Monserrat Kabalye bəşəriyyəti xristianlıq dəyərlərini qoruyub saxlamağa çağırmaqla yanaşı, Ermənistanın, eləcə də Dağlıq Qarabağı dünyaya tanıtdırır. Bu xidmətlərinə görə Saakyan ispan müğənniyə təşəkkürlərini bildirib.

Mərasimdə həmçinin, bütün ermənilərin Katolikosu II Qaregin, Artsax yeparxiyasının arxiyepiskopu Parqev Martirosyan, Ermənistanın İsveçrə və Fransadakı səfirləri, şanson ifaçısı Şarl Aznavur və Viqen Çiteçyan, Böyük Britaniya Lordlar Palatasından baronessa Kerolyan Koks, Fransa parlamentariləri, “Dağlıq Qarabağ və Ermənistan rəsmiləri, dünya ulduzları və erməni diasporunun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Monserrat Kabalye 2013-cü il iyunun 4-də Dağlıq Qarabağı qanunsuz səfər etdiyinə görə Azərbaycanda “Arzuolunmaz şəxs” elan olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə