Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yunanıstanın baş naziri Azərbaycana gələcək
Yunanıstanın baş naziri Azərbaycana gələcək
13 Dekabr 2013 / 12:06 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4
Yunanıstanın baş naziri Antonis Samaras gələn həftə Transadriatik qaz kəməri (TAP – Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.
APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı A. Samaras Azərbaycan prezidenti ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən yunan şirkəti DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq.Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması gözlənilir. Mərasimə qatılmaq üçün İtaliyanın baş naziri Enriko Letta da Azərbaycana gələcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə