Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluq Qəbələdəki qanlı olayla bağlı məlumat yaydı
Baş Prokurorluq Qəbələdəki qanlı olayla bağlı məlumat yaydı
14 Dekabr 2013 / 12:26 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq Qəbələdə baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 13-də saat 17 radələrində Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən “Qəbələ” Ticarət Mərkəzinin qarşısında baş verən münaqişə zəminində rayon sakinləri – 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, “Vinçester” tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadənin qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi “Vinçester” tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə