Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ayaz Mütəllibov: “Heç bir ölkədə belə dərəbəyliyə yol verməzlər”
Ayaz Mütəllibov:  “Heç bir ölkədə belə dərəbəyliyə yol verməzlər”
14 Dekabr 2013 / 13:57 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın sabiq prezidenti Ayaz Mütyəllibov hazırda Ukraynada baş verənlərlə 90-cı illərin əvvəllərində Azərbaycanda yaşanmış “milli-demokrat inqilabı” arasında müqayisələr aparıb.

Sabiq prezident virtualaz.org saytına açıqlamasında deyib ki, belə inqilabların təşkilində siyasi-texnoloji oxşarlıqlar var: “Ukrayna müxalifəti də Azərbaycan müxalifətinin yararlandığı eyni metodlardan istifadə edir. Adi gözlə də görünür ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda tətbiq edilmiş “narıncı texnologiyalar” indi də Ukraynada eyni uğurla tətbiq olunur. Məqsəd eynidir – hazırkı hakimiyyəti zəiflətmək və iqtidarı ələ keçirmək”.

A.Mütəllibov Qərbin mövqeyini anlamadığını da vurğuladı: “Avropa və Amerikanın heç bir inkişaf etmiş ölkəsində belə dərəbəyliyə yol verməzlər. Lakin elə ki digər ölkələrdə vəziyyəti sabitləşdirmək, qayda-qanun yaratmaq üçün tədbirlər görməyə başlayırlar, həmin ölkələrin hakimiyyətlərinə o dəqiqə “diktator” yarlığı yapışdırırlar. Bu halda sual olunur: əgər daxili qoşun bölmələri və polis dövlətin konstitusion quruluşunu müdafiə etmək, ölkədə sabitlik yaratmaq hüququna malik deyillərsə, onda onlar bəs nə üçündürlər?

Sabiq prezidenti bildirdi ki, Qərb o zaman da Azərbaycandakı vəziyyəti də diqqətlə izləyir, bəzən təzəcə müstəqillik qazanan dövlətin daxili işlərinə də qarışırdı: “Çox yaxşı başa düşürdüm ki, müxalifətə qarşı sərt tədbirlər görsəm, Qərbin diqqət mərkəzinə düşəcəyəm və məni dərhal “diktator” adlandıracaqlar. Ona görə də hər dəfə qərar verməzdən öncə hər şeydən əvvəl ölkənin imici barədə düşünürdüm. Bununla yanaşı milli həmrəylik əldə etməyin yollarını axtarırdım. Müxalifətin iştirakı ilə tədbirlər, dəyirmi masalar təşkil edirdim. Lakin müxalifət bütün bunlara məhəl qoymur və hakimiyyət uğrunda mübarizə aparmaqda davam edirdi. Buna görə də mən indi Ukraynada keçirilən dəyirmi masaların, danışıqların effekt verəcəyinə inanmıram. Bütün bunlar bir məqsədə – hakimiyyətin mövqelərini zəiflətməyə xidmət edir”.

A.Mütəllibovun sözlərinə görə, o zamanlar Türkiyənin bəzi dairələri də Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edirdi: “İddia edə bilmərəm ki, bu, rəsmi Ankara tərəfindən atılan addım idi. Amma bunu deyə bilərəm ki, Alparslan Türkeş olmaqla türk milliyyətçiləri bizim daxili işlərimizə ciddi şəkildə müdaxilə edirdilər”.

Sabiq prezident həmçinin dedi ki, postsovet məkanında hazırda amansız geosiyasi mübarizə gedir və Azərbaycan burada baş verənləri diqqətlə izləməlidir. Bununla belə sabiq prezident hazırda Ukraynada baş verənlərlə bağlı hər hansı proqnoz verməyə çətinlik çəkdiyini söylədi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə