Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranda meymun kosmosa uçdu
İranda meymun kosmosa uçdu
14 Dekabr 2013 / 14:48 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İran kosmosa ikinci meymunu göndərib. APA-nın məlumatına görə, İran prezidentinin saytında raketin uğurla buraxıldığı və “Fərqam” adlı meymunun sağ-salamat Yerə qayıtdığı barədə xəbər yerləşdirilib.

Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq raketin buraxılması üçün maye yanacaqdan istifadə olunub. İRNA agentliyinin məlumatına görə, raket şənbə günü kosmosa göndərilib və 15 dəqiqə ərzində Yer kürəsindən 120 kilometr aralıqda uçub. Uçuşun digər detalları barədə məlumat verilmir.

Qeyd edək ki, 2013-cü ilin yanvarında İran ilk dəfə olaraq kosmosa meymun göndərib. “Pişqam” adlı meymun raketlə 120 kilometrlik hündürlüyə göndərilib və uğurla Yer kürəsinə dönüb. 2013-cü ilin sentyabrında İran bəyan edib ki, kosmosa göndəriləcək növbəti heyvan fars pişiyi olacaq. Bundan əvvəl isə İran kosmosa tısbağa, qurdlar və siçovulu göndərib.

2021-ci ildə İran kosmosa öz astronavtını göndərməyə planlaşdırır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə