Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrşad Əliyevin oğlu və gəlini arasında məhkəmə çəkişməsi
İrşad Əliyevin oğlu və gəlini arasında məhkəmə çəkişməsi
16 Dekabr 2013 / 11:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Keçmiş nazirinin oğluna məxsus əmlakın geniş siyahısı 

Son günlər Kürdəmirin icra başçısı, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin başının üstündə qara buludlar dolaşır.
Mətbuat yazır ki, təhsil naziri Mikayıl Cabbarov İrşad Əliyevin uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləmiş bacısını işdən azad elədi.Digər məlumatda bildirilir ki, İrşad Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayevi xəstəxanalıq edərək yatağa salıb.

Belə ki, xəstəxananın təmirinə ayrılan 200 min manatı icra başçısı ilə baş həkim bölə bilmirlər. İndi isə redaksiyamıza İrşad Əliyevlə bağlı daha ilginc məlumat daxil olub. Belə ki, İrşad Əliyevin oğlu Vüqar Əliyevlə keçmiş həyat yoldaşı Məmmədova Nigar Azad qızının arasında əmlak bölgüsü ilə bağlı məhəkəmə prosesi gedib. Və keçmiş ər-arvad arasında əmlak bölgüsü hələ də başa çatmaq bilmir. Keçmiş nazirin oğluna məxsus əmlakın siyahısı o qədər genişdir ki, hətta məhkəmə icraçıları çətinlik qarşısında qalıblar.

Belə ki, Məmmədova Nigar Azad qızı keçmiş ərinə məxsus əmlakın tam siyahısını məhkəməyə təqdim edib. Təkcə onu qeyd edək ki, İrşad Əliyevin oğluna məxsus olan bahalı xarici avtomobillərin siyahısı çox genişdir.
Ortaya haqlı sual çıxır: icra başçısının oğlu bu qədər əmlakı hansı pulla əldə edib? Hazırda keçmiş nazirn oğluna və digər ailə üzvlərinə məxsus olan əlmakla bağlı araşdırmamız davam edir. /Qafqaznews.az/ 


arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə