Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Çexiya səfirini qəbul edib
İlham Əliyev Çexiya səfirini qəbul edib
16 Dekabr 2013 / 14:27 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Dövlət başçısı ötən dövr ərzində Azərbaycan ilə Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlət başçısı Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Radek Matula Azərbaycandan ən xoş xatirələrlə ayrıldığını deyib. Ölkəmizdəki diplomatik fəaliyyətinə toxunan səfir Azərbaycanda Çexiyanın səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin Baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə