Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abşerondakı uşaq bağçası xəstəlik mənbəyidir – FOTOLAR
Abşerondakı uşaq bağçası xəstəlik mənbəyidir – FOTOLAR
16 Dekabr 2013 / 15:34 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 10 nömrəli uşaq bağçasında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Dövlət Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, bağçada AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri icra olunmur. Bağçada qəbul edilən ərzaq məhsullarının saxlanılması üçün havalandırma sistemi, stellaj və paddonları, soyuducu kamerası olmayan yararsız vəziyyətdə və təmirə ehtiyacı olan kiçik bir sahədən anbar kimi istifadə olunur. Araşdırma zamanı müəssisə rəhbərinin yoxlamaya təqdim etdiyi qaimə-faktura və gündəlik tərtib olunan menyulardan məlum olub ki, uşaqlara ümumiyyətlə mal əti və balıq məhsulları verilmir. Anbarda üzərində istehsal tarixi olmayan, markalanması və qablaşdırılması standartın tələbinə cavab verməyən toyuq əti, mənşəyi məlum olmayan kəsmik, pendir, yağ, povidlo, yararlılıq müddətinin bitməsinə az müddət qalmış makaron məmulatları, un, düyü və qarabaşaq aşkarlanıb. Normativ sənədlərə müvafiq olaraq həmin məhsulların standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə nümunələr seçilərək laboratoriyaya təqdim edilib.

Həmçinin müəyyən edilib ki, bağçanın mətbəxində uşaqlar üçün yemək hazırlanması üçün lazımi şərait mövcud deyil. Müəssisədə ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil. Qeyd edək ki, AZS 747-2013 (bənd 3.3) dövlət standartının tələblərinə, görə körpələr evi-uşaq bağçasına daxil olan qida məhsullarının keyfiyyətinə nəzarət üçün brakeraj keçirilməlidir. Belə ki, brakeraj məqsədilə ayrılmış xüsusi jurnalda qida məhsullarının daxil olma tarixi və vaxtı, son satış müddəti, faktiki satış tarixi və vaxtı, orqanoleptik qiymətləndirmənin nəticələri və s. haqqında qeydlər aparılmalıdır. Bağçada məhsullarla yanaşı, qablar, mətbəxdə istifadə olunan qazanlar və s. bir vannada yuyulur ki, bu da sanitariya normalarının pozulması deməkdir.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar müəssisə rəhbərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.

ushaq bagca absheroin15 ushaq bagca absheroin14 ushaq bagca absheroin13 ushaq bagca absheroin12 ushaq bagca absheroin1

 



Abşerondakı uşaq bağçası xəstəlik mənbəyidir – FOTOLAR yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə