Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naziri 2300 əlilə təcili arayış verməyə nə məcbur etdi?
Naziri 2300 əlilə təcili arayış verməyə nə məcbur etdi?
16 Dekabr 2013 / 17:58 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, ancaq hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərini yoxlamağa başlayıb.

8 Ekspert Komissiyasının araşdırmasına görə, artıq onkoloji, dializ xəstələri və 1-ci qrup əlilliyə düşən 2300 nəfər bu arayışlarla təmin olunub.  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun tapşırığı ilə həyata keçirilən bu tədbirin məqsədi bu vaxta qədər baş verən süni gecikmə hallarının aradan qaldırılması olub.

AzNews.az-a daxil olan məlumata görə, bundan əvvəlki rəhbərlik dönəmində adıçəkilən xəstəliklərdən əziyyət çəkənlərə arayışlarla təmin edilməsi prosesi bilərəkdən ləngidilib. Bunun nəticəsində də əlliliyə görə təqaüd alan şəxslər əlavə problemlərlə üzləşiblər. Hətta komissiyalardan keçən, ancaq arayışı ala bilməyən xəstələrin gözləmə müddətində dünyasını dəyişməsi kimi faktlar da var.

Belə xəstələrdən biri- Vidadi Bağırovun oğlu Eldəniz Bağırovun AzNews.a-a veriyi məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən atasının komissiyadan keçməsi ilə arayışla təmin olunması arasında bir neçə ay fasilə olub:

“Buna görə də atam ona təyin edilən təqaüdü ala bilmədi. Arayışı alan müddətə qədər dünyasını dəyişdi. Halbuki komissiyadan keçmək üçün xeyli əziyyət çəkib, bir neçə dəfə gedib-gəlmişdi. Arayışı almaqçün aylarla gözlədi, sonunda da ala bilmədi. Hər dəfə müraciət edəndə bizim kimi neçə-neçə xəstə görürdük. Halbuki birinci onların məsələsi həll edilməli idi”.

Məlumata görə, Səlim Müslümov nazir təyin edildikdən sonra arayışların verilməsindəki süründürməçilik və qanunsuz ödəniş tələbləri ilə bağlı çoxsaylı narazılıqlar onun diqqətinə çatdırılıb. Yeni nazir isə bu vəziyyətdən çıxış yolu kimi 20 minə yaxın şəxsin sənədlərinin yoxlanılması, dializ, onkoloji xəstəliklərdən əziyyət çəkənlərin, eləcə də 1-ci qrup əlillərin arayışlarının tez təqdim edilməsi ilə bağlı tapşırıq verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə