Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Məmmədli həbs olundu
Anar Məmmədli həbs olundu
17 Dekabr 2013 / 11:32 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli həbs olunub. Dünən axşam saatlarında Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədov Anar Məmmədlinin barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Məlumata görə, Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti) və 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) maddələrilə ittiham irəli sürülüb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, dünən axşam saat 17.00 radələrində o, Anar Məmmədli və Elnur Məmmədli növbəti dəfə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıb. Axşam saat 19.30 radələrində Bəşir Süleymanlı və Elnur Məmmədli sərbəst buraxılsa da, Anar Məmmədli saxlanılıb.

Bir qədər sonra Şöhrət adlı vəkil Bəşir Süleymanlı ilə əlaqə saxlayaraq, Anar Məmmədlinin Nəsimi Rayon Məhkəməsinə, oradan isə Nərimanov Rayon Polis Idarəsinə aparıldığını deyib.

Hazırda Nərimanov Rayon Polis Idarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Anar Məmmədlinin bu gün Kürdəxanıdakı istintaq təcridxanasına köçürüləcəyi bildirilir.

Xatırladaq ki, Azərbaycandakı prezident seçkisinə mənfi rəy vermiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin ofisində oktyabrın 31-də yoxlamalar aparılıb, bir sıra sənədlər götürülüb. Ardınca Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində cinayət işi başlanıb. Bir qədər əvvəl isə Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə