Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt hadisəsinə görə 13 nəfər saxlanılıb
Sumqayıt hadisəsinə görə 13 nəfər saxlanılıb
17 Dekabr 2013 / 13:12 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən daha 2 nəfər – Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılıblar.

Bununla da, tutulanların sayı 13-ə çatıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə “sələfi”lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə