Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Pirverdiyevin işçisi Ağsunu qaranlığa qərq edib – ŞİKAYƏT
Etibar Pirverdiyevin işçisi Ağsunu qaranlığa qərq edib – ŞİKAYƏT
17 Dekabr 2013 / 16:43 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Azərenerji” və Ağsu Elektrik Şəbəkəsi arasında enerji böhranı

Ağsu sakinləri arxiv.bizimxeber.az-ın elektron ünvanına olduqca ciddi müraciət ünvanlayıb. Məlumatda bildirilir ki,  “Azərenerji” ASC-nin rayondakı Elektrik Şəbəkəsindəki vəziyyət heç də ürəkaçan deyil.  Müraciətdə qeyd olunur ki,  rayon elektrik şəbəkəsinin rəhbəri Akif Qədirov rayonda enerji böhranı yaradıb. Rayonun bütün kəndlərinə elektrik enerjisinin verilməsində uzun fasilələr yaranır.

Sakinlərin sözlərinə görə, buna səbəb Ağsu Elektrik Şəbəkənin sayğacdankənar elektrik enerjisi satmasıdır. Soyuq aylarda bu proses daha çox olduğundan “Azərenerji” ilə Ağsu Elektrik Şəbəkəsi arasında ciddi enerji böhranı yaranır: “Akif Qədirov da itirilən enerjini ört-basdır etmək üçün kəndlərə elektrik enerjisinin verilişini dayandırır.

Nəticədə kənd sakinləri saatlarla işıqsız qalır. Hətta elə vaxtlar olur ki, Akif Qədirovun “səyi” nəticəsində Ağsu rayonu 10 saat işıqsız qalır. Akif Qədirovun göstərişi ilə həmin vaxtlarda yalnız rayonun mərkəzi hissəsinə elektrik enerjisi verilir. Bu isə rayon mərkəzində icra strukturlarının inzibati binasının yerləşməsi ilə əlaqədardır”.

Müraciətdə bildirilir ki, bir ay əvvəl Ağsu Elektrik Şəbəkəsi Regional Mərkəz tərəfindən yoxlanılıb və bu vaxt ciddi faktlar ortaya çıxıb:

“Məlum olub ki, “Azərenerji”nin Ağsu Elektrik Şəbəkəsinə verdiyi aylıq enerji ilə istifadə edilən enerji arasında 35 faiz itki var. Belə ki, yığım 100 faiz olsa da, ötürülən enerjinin haqqı 35 faiz az olub. Məlum olub ki, rayon ərazisində enerji sayğacına kənar müdaxilələr olub və nəticədə enerji itirilib”.

Şikayətçilər yazır ki, Ağsu rayonunun 78 kəndinin hamısında sayğaca ciddi müdaxilələr edilir.  Belə ki, Akif Qədirov kəndlərə təhkim etdiyi nəzarətçilərə tapşırır ki, tanıdıqları və inandıqları adamların sayğaclarına müdaxilə etsinlər və əvəzində ödənişdən əlavə onlardan aylıq “haqq” alsınlar. Məsələn, hansısa bir ailə ay ərzində sayğacdan kənar 20-30 manatlıq elektrik enerjisi istifadə edirsə, əvəzində hər ay nəzarətçilərə 10-15 manat ödəməlidir.

Qış aylarında evlərin, obyektlərin qızdırılması üçün bir neçə elektrik sobası istifadə edən şəxslər də bununla razılaşır və sayğaca müdaxilə etməklə nəzarətçiyə “haqq” ödəyir. Bu da rayonda elektrik enerjisinin verilişində balansın pozulmasına səbəb olur.

Nəticədə gündüz, hətta bəzi hallarda gecə saatlarında kəndlərə verilən elektrik enerjisi müxtəlif bəhanələrlə dayandırılır. Hər iki-üç aydan bir Akif Qədirovun adamları kəndlərdə qəfil yoxlamalar keçirir, bir-iki şəxsi kənar müdaxilə adı ilə aşkar edir və onlardan 200-300 manat rüşvət alaraq işi ört-basdır edir”.

Kəndlərə verilən elektrik enerjisinin dayandırılmasına daha bir səbəb elektrik xətlərinin illərlə dəyişdirilməməsidir:

“Hazırda kəndlərə gələn elektrik dirəkləri, xətləri bərbad haldadır. “Azərenerji” hər il bütün ölkənin qışa hazır olduğunu, bütün elektrik xətlərinin, transformatorların, yağ açarlarının dəyişdirildiyini, yeniləndiyini desə də, Ağsu rayonunda heç bir elektrik avadanlığı dəyişdirilmir.

Rayondan kəndlərə gələn elektrik dirəklərinin 90 faizi 70-ci illərin elektrik dirəkləri olduğundan bütün kəndlərin elektrik xətləri qəzalı vəziyyətdədir. Oktyabr ayından etibarən Ağsu kəndləri fasiləsiz elektrik enerjisi üzünə həsrət qalıb”. Məsələ ilə bağlı sakinlər “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə müraciət etmək qərarına gəliblər: “ Çünki məsələyə rayonun icra başçısı Ənvər Seyidəliyev də müdaxilə edə bilmir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə