Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərxoş sürücülər sürücülük hüququndan məhrum edilə bilər -VİDEO
Sərxoş sürücülər sürücülük hüququndan məhrum edilə bilər -VİDEO
17 Dekabr 2013 / 17:58 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Milli Məclis tərəfindən sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi nəzərdə tutulurMilli Məclis tərəfindən sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Millət vəkili Rəfael Cəbrayılov baş verən qəzaların sayının azaldılması üçün belə sürücülərə qarşı cəzaların sərtləşdirilməsini vacib amil kimi vurğulayıb.

Hazırda sərxoş sürücülərə qarşı cəzalar sərt olsa da, hələki baş verən qəzaların sayını azaltmaq mümkün olmayıb. Millət vəkili elə buna görə də sərxoş vəziyyətdə avtomobili idarə edən sürücüləri 300 manat cərimə yox, birbaşa sürücülük hüququndan məhrum etməyin vacib olduğunu deyir: “Biz cəzaları o qədər sərtləşdirdik. Amma hələki heç bir nəticəsini görmürük”.

Belə bir təklifin qəbul edilməsini heç də hamı birmənalı qarşılamır. Bununla razı olanlar da var, olmayanlar da.

Bu il ərzində sərxoş sürücülərin iştirakı ilə 72 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 29 nəfər dünyasını dəyişib, 88 nəfər isə xəsarət alıb.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə