Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nurçu“lardan Ərdoğana sərt mesaj: “Bu, son xəbərdarlıqdır“
“Nurçu“lardan Ərdoğana sərt mesaj: “Bu, son xəbərdarlıqdır“
18 Dekabr 2013 / 17:03 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyənin “Zaman” qəzetinin yazarı Hüseyn Gülerce Türkiyəni sarsıdan rüşvət əməliyyatından sonra Hakan Şükürün istefasına münasibət bildirib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Gülerce hüquq-mühafizə orqanlarının apardığı rüşvət əməliyyatının “Nur” camaatı ilə heç bir əlaqəsinin olmadığını bildirib. Gülerce Gezi hadisələrinə diqqət çəkərək əməliyyatın qanunun tələblərinə görə keçirildiyini deyib: “Bu bir dövlət əməliyyatıdır. Hansı dövlət deyə soruşmaq əvəzinə Gəzi olaylarından sonra baş verənlərə diqqət etmək lazımdır”.

Bununla yanaşı, Fətullah Gülənin “sağ qolu” adlandırılan Hüseyin Gülerce Hakan Şükürün AKP-dən istefasına da münasibət bildirb: “Bu son xəbərdarlıqdır. Hakan Şükür tənqid edildiyi zaman heç empatiya da qurulmadı. O, indi “Nur” camaatının qəhrəman və cəsarətli oğludur. Onun istefası çox önəmli hadisədir. AKP bu istefanı səmimi xəbərdarlıq kimi qəbul etməlidir. Bəlkə də son xəbərdarlıq… Şükürün açıqlaması tam olaraq bizim duyğularımızı əks etdirir. Bu istiqamətdə edilən xəbərdarlıq əsla hədə deyil”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə