Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda 900 məhbus aclıq elan etdi
Gürcüstanda 900 məhbus aclıq elan etdi
19 Dekabr 2013 / 11:07 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Aksiyaya 14 saylı cəzaçəkmə müəssisəsindəki məhbuslar qoşulub

Region Gürcüstan həbsxanasında 900 məhbus aclıq elan edib. Bu barədə Gürcüstanın cəzaların icrası naziri Sozar Subari məlumat verib. Aclıq aksiyasının iştirakçıları ölkənin qərbində Getquti kəndindəki 14 saylı islah müəssisəsində cəza çəkənlərdir.

Sozar Subarinin sözlərinə görə, məhbuslar hökmlə bağlı çatışmazlığın aradan qaldırılması üzrə komissiyanın fəaliyyətini dayandırmasına etiraz edərək, işlərinə yenidən baxılmasını istəyirlər. Məhbuslar həmçinin cinayət məcəlləsinin 223-cü maddəsinin birinci bəndinin ləğv olunmasını tələb edirlər. Həmin maddə «oğru dünyasına»na mənsub olmaqla bağlıdır.

Sozar Subari bildirib ki, sözügedən komissiyanın fəaliyyətinin dayandırılmasına hakimiyyət qərar verib. «Biz bu məsələ üzərində işləyirik. 223-cü maddəyə görə onların aclıq etməsi əbəsdir. Bu siyasət dəyişməzdir. Mən birbaşa deyirəm ki, bu məsələ ilə bağlı hökumətin siyasəti sərt və dəqiqdir» – deyə, cəzaların icrası naziri Sozar Subari bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə