Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin: “Rusiya Gürcüstanla vizasız rejimə qayıda bilər”
Putin: “Rusiya Gürcüstanla vizasız rejimə qayıda bilər”
19 Dekabr 2013 / 15:00 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Rusiya Gürcüstanla vizasız rejimə qayıda bilər. Bu, münasibətlərin normallaşdırılması istiqamətində çox yaxşı addım olardı, insanlar arasında təmaslara, sahibkarlara kömək edərdi və münasibətlərin fundamental şəkildə tam normallaşması üçün şərait yaradardı”.

APA-nın məlumatına görə, bunu prezident Vladimir Putin Moskvada keçirdiyi geniş mətbuat konfransında jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, bu məsələni ekspertlər səviyyəsində nəzərdən keçirmək lazımdır.

V. Putin qeyd edib ki, Rusiya və Gürcüstanı dərin mədəni, mənəvi, dini yaxınlıq birləşdirir: “Yaranan problemlər bizim günahımız deyil. Hərbi əməliyyatları biz başlamadıq. Hazırda müəyyən reallıqlar formalaşıb. Lakin biz yeni Gürcüstan hökumətinin verdiyi siqnalları görürük”.

Rusiya prezidenti Gürcüstan hökumətinə şəxsi münasibətinin dəyişdiyini, gürcü xalqına münasibətinin isə hər zaman yaxşı olduğunu söyləyib: “Hətta hərbi əməliyyatlar gedəndə gürcü xalqına ən xoş münasibətimiz olub”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə