Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadakı səfirliyimiz soydaşlarımıza xəbərdarlıq etdi
Rusiyadakı səfirliyimiz soydaşlarımıza xəbərdarlıq etdi
20 Dekabr 2013 / 12:16 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi Azərbaycan vətəndaşlarına ünvanlanmış xəbərdarlıqla çıxış edib.

APA-nın məlumatına görə, son vaxtlar Rusiyada miqrasiya haqqında yeni qanunvericiliyin tətbiqi ilə əlaqədar bəzi Azərbaycan vətəndaşlarının Rusiya ərazisinə daxil olmasına qadağa qoyulur və onlar vətənlərinə deportasiya edilirlər. Səfirlikdən bildirilib ki, bu kimi hallarla bağlı səfirliyə daxil olan şikayətlərin sayı artıb. Şikayətlər Rusiyaya girişinə qadağa qoyulan şəxslərin əvvəlcədən bu barədə məlumata malik olmamaları ilə əlaqədardır.

Hazırda Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.fms.gov.ru) “informasiya xidməti” («информационные сервисы») bölməsində hansı xarici vətəndaşların Rusiyaya girişinə qadağa qoyulduğu haqda məlumat əldə etmək olar. Anlaşılmazlıqdan qaçmaq üçün Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan vətəndaşlarına Rusiyaya səfər etməzdən əvvəl bu ölkəyə girişinin qadağan olunub-olunmaması haqqında məlumatı məlum xidmətdən istifadə edərək yoxlamağı məsləhət görür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə