Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həmsədrlər: “Növbəti sammitə hazırlıq planlaşdırılır”
Həmsədrlər: “Növbəti sammitə hazırlıq planlaşdırılır”
20 Dekabr 2013 / 12:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər ediblər. APA-nın məlumatına görə, bununla bağlı press-relizdə qeyd olunur ki, həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti Serj Sərkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər:
– Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş görüşünün yekunlarını müzakirə ediblər. Onlar bu konkret danışıqlara əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.
Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar.
Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə