Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov tələbə yoldaşına vəzifə verir – Cəlilabadda
Səlim Müslümov tələbə yoldaşına vəzifə verir – Cəlilabadda
26 Dekabr 2015 / 10:30 / Baxış sayı: 1146
Font1 Font2 Font3 Font4

 Beynəlxalq Bankın Cəlilabad filialının direktoru Natiq Abbasov SMM-nin rəhbəri olmaq istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (SMM) direktoru işdən çıxarılsa da, rayonda söz-söhbətlər səngimək bilmir. Qeyd edək ki, SMM direktorunun işdən çıxarılması ilə bağlı ilk məlumatı məhz arxiv.bizimxeber.az saytı yazmışdı.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, hazırda bu posta iddia edənlər çox olsa da, Beynəlxalq Bankın Cəlilabad filialının direktoru Natiq Abbasovun iddiası həm daha böyük, həm də daha ciddi kimi görünür. Cəlilabaddakı mənbəələrin məlumatına görə, Natiq Abbasov yeni nazir Səlim Müslümovun tələbə yoldaşıdır. Bundan əlavə, öxünün dediyinə görə, Natiq Abbasov Səlim Müslümovla həm də yaxın dostdur. Onun bu vəzifəyə ən real namizəd olmasını şərtləndirən amil də budur. Rayondan verilən məlumatda deylir ki, Natiq Abbasov məhz yeni vəzifəyə getmək ehtimalının çox olması səbəbindən əvvəlki iş yerindən imtina edir.

Cəlilabaddan verilən digər xəbər isə rayon SMM-nin Müşfiq adlı mühasibinin hələ də işdə qalmasıdır. Məlumatda deyilir ki, rayon şöbəsində baş verən bütün qanunsuzluqlarda keçmiş direktorla əlbir olan Müşfiq bəy hansısa səbəblərdən postunu qorumağa nail olub.

Həm bu mühasib, həm də Natiq Abbasov barədə ətraflı məlumatları yaxın günlərdə oxuculara çatdıracağıq.

arxiv.bizimxeber.az



Səlim Müslümov tələbə yoldaşına vəzifə verir – Cəlilabadda yazısına 3 şərh yazıldı




Yuxarı Geri Ana səhifə